İstehsal
Qəbələ konserv zavodu illik 90 min ton meyvə şirəsi istehsal etmək gücünə malikdir.
2007-ci ildən etibarən fəaliyyət göstərən Qəbələ Konserv Zavodu, Azərbaycanın qabaqcıl texnologiyalarına malik müasir istehsal müəssisələrindən biridir.
Zavod, 16 hektarlıq ərazidə yerləşir və iki böyük istehsal sahəsinə malikdir. Burada ümumilikdə 436 daimi və 80 mövsümi işçi çalışır. Zavodda meyvə şirələri, nektarlar, meyvə konsentratları, qazlı və qazsız sərinləşdirici içkilər istehsal olunur. Məhsullar həm yerli, həm də beynəlxalq bazarlarda yüksək tələbatla qarşılanır. Müasir avadanlıqlarla təchiz edilmiş müəssisədə illik 30 min ton meyvə emalı və 90 min ton meyvə şirəsi istehsalı həyata keçirilir.
Zavodda 3 meyvə emalı, 1 şüşə və 3 tetrapak xətti mövcuddur və Jalə, Zolotoy Sad, Natura kimi markaların məhsulları istehsal edilir. Məhsullar Rusiya, ABŞ, Almaniya, Dubay, Qətər və digər ölkələrə ixrac olunur. 2013-cü ildən etibarən fəaliyyətə başlayan sərinləşdirici içkilər istehsalı müəssisəsində 4 istehsal xətti ilə Mia, I’m tea, Natura, Mood kimi markaların məhsulları istehsal olunur.
Fransanın SİDEL şirkətinin saatda 10,000 litr istehsal gücünə malik isti dolum sistemi və saatda 20,000 litr və 13,000 litr istehsal gücünə malik soyuq dolum sistemləri ilə plastik qablaşdırmalarda müxtəlif növ içkilərin istehsalı həyata keçirilir. İtaliyanın Padovan şirkətinin avadanlıqları ilə təchiz olunmuş müəssisədə limonad, qazlı və qazsız sular istehsal edilir və məhsullar avtomatik pallet rəf sistemləri ilə saxlanılır.