Haqqımızda
Novex Group fəaliyyətə başladığı 2023-cü ildən etibarən öz biznesini effektiv menecment və korporativ idarəetmə qərarları əsasında qurur.
Şirkətin dörd əsas istehsal və bir distribusiya müəssisəsi mövcuddur: Qəbələ, Quba və Lənkəran konserv zavodları, ATS Food və Mars Overseas Baku LTD.
Bu müəssisələrdə qabaqcıl texnologiyalar və yüksək standartlar tətbiq edilərək Jalə, Zolotoy Sad, Natura, Bağdan, Mia, I’m Tea, Bismak, Çörəkçi və digər tanınmış brendlərin müxtəlif qida məhsulları, içkilər və un məmulatları istehsal edilir.
İstehsalın əsasını yüksək keyfiyyət, müasir texnologiyalar və innovativ yanaşma təşkil edir. Məhsullar yerli bazarda böyük tələbatla qarşılanmaqla yanaşı, ABŞ, Kanada, İtaliya, Fransa, Almaniya, Slovakiya, Polşa, Türkiyə, Ukrayna, Belarus, Rusiya, Gürcüstan, Qazaxstan, Türkmənistan, Tacikistan, Qatar, BƏƏ, İraq, İsrail, Pakistan, Çin, Yaponiya, Malayziya, Avstraliya və Yeni Zelandiya kimi ölkələrə də ixrac olunur.
Peşəkar komanda, geniş logistika şəbəkəsi və tətbiq edilən müasir texnologiyalar sayəsində məhsulların təhlükəsiz, vaxtında və optimal şəraitdə müştərilərə çatdırılması təmin edilir.
Novex Group olaraq davamlı inkişaf, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas göstəricilərdir.
Böyük miqyas və geniş coğrafiya
0
İSTEHSAL MÜƏSSİSƏSİ
0
+İXRAC ÖLKƏSİ
0
+ÜMUMİ İŞÇİ SAYI
0
KİSTEHSALAT GÜCÜ (TON)
0
KÜMUMİ İSTEHSAL SAHƏSİ (M²)
0
KLOGİSTİKA ANBAR SAHƏSİ (M²)
0
mlnÜMUMİ İLLİK DÖVRİYYƏ (₼)