İstehsal

Lənkəran konserv zavodu 2010-cu ildə cənab prezident İlham Əliyevin iştirakı ilə rəsmi olaraq açılmışdır.

Lənkəran Konserv Zavodu, Azərbaycanın meyvə və tərəvəz emalı sahəsində qabaqcıl texnologiyalara malik müəssisələrindən biridir.

9 hektarlıq ərazidə yerləşən zavod, həm yerli, həm də beynəlxalq bazarlarda nüfuz qazanmış Bağdan markası adı altında kompot, şərbət, narşərab və tomat pastaları istehsal edir. Eyni zamanda, İlkbar markası ilə müxtəlif növ kompot çeşidləri və tomat pastaları da təqdim edir. 

Zavodda 70 daimi və 120 mövsümi işçi çalışır. Zavodun ərazisində 589 kvadrat metr sahəyə malik inzibati bina, 8564 kvadrat metr sahəyə malik istehsalat sexi, 555 kvadrat metr sahəyə malik soyuducu anbar, qazanxana, transformatorlar binası, generatorlar, su anbarı və nasosxanalar yerləşir. 

Zavodun məhsulları beynəlxalq sərgilərdə dəfələrlə medallarla və diplomlarla təltif olunmuşdur. Bu məhsullar, yerli bazardan başlayaraq MDB, Avropa, ABŞ, Asiya, Avstraliya və Yeni Zelandiya bazarlarına qədər geniş bir tələbatla satışa çıxarılır.