İstehsal

ATS Food "Bismak" və "Çörəkçi" brendləri ilə məşhurdur.

ATS Food, 1999-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkət iki qida emalı fabriki və bir çörəkbişirmə müəssisəsi ilə geniş istehsal və paylama şəbəkəsinə malikdir.

1058 nəfərlik peşəkar işçi heyəti ilə fəaliyyət göstərən ATS Food, müxtəlif növ biskvitlər, un məmulatları, vafli, şokolad və marmalad istehsal edir. Şirkətin "Bismak" markası altında təqdim etdiyi məhsullar arasında müxtəlif biskvitlər, vaflilər, şokoladlar və marmaladlar mövcuddur. "Çörəkçi" markası isə yüksək keyfiyyətli çörək və un məmulatları ilə tanınır.

Geniş logistik mərkəzlər və anbarlarla dəstəklənən satış şəbəkəsi, məhsulların geniş miqyasda paylanmasını təmin edir. Sumqayıt fabrikində biskvit, vafli və çörək istehsal xətləri müasir standartlara uyğun şəkildə fəaliyyət göstərir. Şəmkir fabrikində isə əsasən çörək və un məmulatları istehsal olunur ki, bu məhsullar yerli bazarda yüksək tələbatla qarşılanır.

 

Ətraflı məlumat:
ATS Group