Xəbərlər
Novex Group InterFood Azerbaijan 2026 Beynəlxalq Qida Sənayesi Sərgisində geniş məhsul portfeli ilə çıxış edir.
Novex Group qida sənayesində formalaşdırdığı güclü istehsal bazasını və məhsul müxtəlifliyini nümayiş etdirərək 5 – 8 may tarixlərində Baku Expo Mərkəzində keçirilən InterFood Azerbaijan 2026 Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edir. Şirkətlər qrupu sərgidə vahid stend çərçivəsində istehsal gücünü, məhsul keyfiyyətini və bazar yönümlü yanaşmasını təqdim edir.
Qəbələ Konserv Zavodundan məktəblilərə dəstək – sosial məsuliyyət ənənəyə çevrilir!
Qəbələ Konserv Zavodu, Qəbələ Şəhər Təhsil İdarəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu il də aztəminatlı ailələrin məktəbli övladlarını sevindirdi. Yeni dərs ili ərəfəsində 300-ə yaxın uşağa məktəb forması, çanta və ləvazimatlar təqdim olundu.
Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atıldı
Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atıldı. İlk dəfə olaraq, Qəbələ Qida Şəhərciyinin ərazisində yerləşən Qəbələ Konserv Zavodu tullantı sularının təmizləmə qurğusunun modernizasiyası zamanı Hərəkətli Yataq Bio-Reaktor (MBBR) Texnologiyasını uğurla tətbiq edib.