Xəbərlər
Qəbələ Konserv Zavodundan məktəblilərə dəstək – sosial məsuliyyət ənənəyə çevrilir!

Qəbələ Konserv Zavodu, Qəbələ Şəhər Təhsil İdarəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu il də aztəminatlı ailələrin məktəbli övladlarını sevindirdi. Yeni dərs ili ərəfəsində 300-ə yaxın uşağa məktəb forması, çanta və ləvazimatlar təqdim olundu.
Artıq bir neçə ildir ki, mütəmadi olaraq keçirilən bu təşəbbüs zavodun korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Şirkət hər il uşaqların təhsil imkanlarını genişləndirmək, bərabər şans yaratmaq və yerli əhalinin həyatına dəyər qatmaq məqsədilə regionda sosial layihələr həyata keçirir.
Bu aksiyanın davamlı xarakter alması zavodun dayanıqlı inkişaf strategiyasının real nümunəsidir. Şirkət öz fəaliyyətində ekoloji, sosial və iqtisadi sabitliyi bir arada qorumağı hədəfləyir və belə təşəbbüslərlə yerli əhaliyə dəstəyini gücləndirir.
Novex Group-un tərkibində fəaliyyət göstərən Qəbələ Konserv Zavodu “Natura”, “Jalə”, “I’m Tea”, “Pepsi”, “Mia”, “Aqua Minerale” kimi markaları altında müxtəlif meyvə şirələri, soyuq çay, qazlı və qazsız içkilər istehsal edir və onları həm daxili bazara, həm də ixraca təqdim edir. Hər bir məhsul keyfiyyət və təbii tərkibə önəm verərək istehlakçılara sağlam və ləzzətli içkilər təqdim edir.