Distribusiya

Mars Overseas Baku LTD yerli bazarda geniş məhsul çeşidinin distribusiyası və satışını həyata keçirir.

Öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlayan Mars Overseas, dünyanın aparıcı şirkətlərindən biri olan “Pepsico” ilə tərəfdaşlıq müqaviləsi bağlamışdır.

Bu müqavilə əsasında Mars Overseas, Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahib olmuşdur.
Şirkətin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların satışını əhatə edir və Pepsi, Mountain Dew, Lays, Jalə, Natura, Mia, Bağdan kimi tanınmış brendləri ilə geniş məhsul portfelinə malikdir.
Mars Overseas müasir distribusiya bazarında geniş çeşidli məhsulların paylanmasını təmin edən etibarlı və peşəkar tərəfdaş kimi tanınır. Şirkət həm yerli, həm də beynəlxalq səviyyədə keyfiyyətə sadiqliyi və müştəri yönümlü yanaşması ilə fərqlənir. Peşəkar komanda, geniş logistika şəbəkəsi və tətbiq etdiyi müasir texnologiyalar sayəsində məhsulların təhlükəsiz, vaxtında və optimal şəraitdə müştərilərə çatdırılmasını təmin edir.

Ətraflı məlumat:
marsoverseas.az